Putin İranla strateji tərəfdaşlıq haqqında qanun imzalayıb
Rusiya prezidenti Vladimir Putin İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya edən qanunu imzalayıb.
IntetPress.ge xəbər verir ki, müqavilə 2025-ci il yanvarın 17-də İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb.
Müqavilənin əsas müddəaları aşağıdakılardır:
Moskva və Tehran ümumi maraq doğuran bütün sahələrdə ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Tərəflər birgə hərbi təlimlərin keçirilməsində sıx əməkdaşlıq edəcəklər.
Ölkələrdən biri təcavüzün qurbanı olarsa, qarşı tərəf hücum edən tərəfə hücumun davam etdirilməsinə şərait yaradacaq yardım göstərməməlidir.
Rusiya və İran öz ərazilərinin ərazi bütövlüyünü təhdid edən separatçı hərəkatları dəstəkləmək üçün istifadə edilməsinə icazə verməyəcək.
Moskva və Tehran beynəlxalq terrorizm və digər çağırış və təhdidlərlə mübarizədə əməkdaşlıq edəcək.


