
Gürcüstanda əcnəbilərlə bağlı yeni sərtləşdirilmiş qanun layihəsi parlamentə təqdim olundu
Gürcüstan hökuməti əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı hazırladığı qanunvericilik dəyişiklikləri paketini parlamentə təqdim edib.
InterPress.ge xəbər verir ki, 18 qanuna dəyişiklik nəzərdə tutulur və bu dəyişikliklər artıq parlament komitələrində müzakirəyə verilib.
Dəyişikliklərə aşağıdakı qanunlar daxildir:
“Beynəlxalq müdafiə haqqında” qanun
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanun
“Cinayət sahəsində beynəlxalq əməkdaşlıq haqqında” qanun
“Gürcüstan vətəndaşlarının və ölkədə yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət vəsiqəsinin və pasportun verilməsi qaydası haqqında” qanun
“Polis haqqında” qanun
İnzibati Xətalar Məcəlləsi
Cinayət Məcəlləsi və digər qanunvericilik aktları
Qanun layihəsini Daxili İşlər Nazirliyi hazırlayıb. Nazirliyin açıqlamasına görə, dəyişikliklərin məqsədi:
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə,
Sığınacaq prosedurlarından sui-istifadənin qarşısının alınması,
Beynəlxalq müdafiənin verilməsi qaydalarının təkmilləşdirilməsidir.
Əsas dəyişikliklər:
Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunur – əcnəbinin Gürcüstandan deportasiyası və ölkəyə müəyyən müddətə girişinə qadağa.
İnzibati Xətalar Məcəlləsinə də bənzər inzibati tədbir əlavə edilir.
Gürcüstanda qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr artırılır.
Qeyri-qanuni miqrantların deportasiya proseduru sadələşdirilir.
Sığınacaq prosedurlarına dair yeniliklər:
Əcnəbi ölkəyə daxil olduqdan 1 ay ərzində sığınacaq üçün müraciət etməzsə, müraciəti sürətləndirilmiş prosedurla baxılacaq.
Əgər əcnəbinin ölkəyə buraxılması dövlət təhlükəsizliyinə risk yaradırsa, onun sığınacaq müraciəti dövlət sərhədindəcə araşdırılacaq.
Sığınacaq müraciətlərinə və şikayətlərə baxılma müddətləri qısaldılır.
Qərarların elektron qaydada təbliği nəzərdə tutulur ki, bu da şikayət müddətlərinin idarəsini asanlaşdıracaq.
Deportasiya ilə bağlı araşdırması başlayan və ya deportasiya qərarı verilmiş əcnəbilərə yaşamaq üçün icazənin verilməsi məhdudlaşdırılacaq.
Qanun layihəsinin növbəti mərhələdə parlament plenar iclasında müzakirəsi gözlənilir.