Konqresmen: “Gürcü kabusu” sərhədlərini “Taliban”a açıb, Anaklianı Çinə satıb
“Gürcü kabusu” sərhədlərini “Taliban”a açıb, Anaklianı Çinə satıb, Trampı “Dərin dövlətin aləti olmaqda” ittiham edib, eyni zamanda Vaşinqtondadırlar və bizimlə görüşlər üçün yalvarırlar".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Vilson (Respublikaçılar Partiyası) özünün X səhifəsində yazıb.
“ABŞ-a nifrət edən “Gürcü kabusu” rejimi öz dərin dəniz limanını Çin Kommunist Partiyasına satdıqdan və prezident Trampı “Dərin Dövlət”in aləti olmaqda ittiham etdikdən sonra, yeni dəlilik səviyyəsində Gürcüstanın sərhədlərini “Taliban”ın üzünə açdı. Eyni zamanda onlar Vaşinqtondadırlar və görüşlər üçün bizə yalvarırlar. Yetər. Sanksiyalar və yeni seçkilər. #MEGOBARI”, - Vilson yazıb.


