
ABŞ Rumıniyanı vizasız rejim proqramından çıxardı
ABŞ Rumıniyanı vizasız giriş proqramından çıxarıb.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.
Departamentin açıqlamasında qeyd olunub ki, bu addım “sərhəd və miqrasiya təhlükəsizliyinin təmin edilməsi və proqramın bütövlüyünün qorunması məqsədilə” atılıb.
“Rumıniya ilə təhlükəsizliyin gücləndirilməsi istiqamətində illərlə davam edən sıx əməkdaşlığa görə minnətdarıq. Gələcəkdə Rumıniyanın proqramda yenidən iştirak məsələsinə baxıla bilər”, – deyə ABŞ Daxili Təhlükəsizlik nazirinin müavini Trişa Maklaflin bildirib.
Rumıniyanın hökuməti məsələ ilə bağlı bəyan edib ki, ABŞ-la əməkdaşlığı davam etdirəcək və qərarın yenidən nəzərdən keçirilməsi üçün çalışacaq.
Qeyd edək ki, Rumıniya ABŞ-ın vizasız səyahət proqramına 2025-ci il yanvarın 9-da, keçmiş prezident Co Baydenin administrasiyası dövründə daxil edilmişdi.