04 
May
2025
14:15
145

Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərində səsvermə davam edir. Səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.

InterPress.ge xəbər verir ki, exit-poll nəticələrinin məntəqələrin bağlanmasından dərhal sonra açıqlanması gözlənilir.

İctimai rəy sorğularına əsasən, seçkilərdə sağçı müxalifət partiyası “Rumınların Birlik Alyansı”nın (AUR) lideri Corc Simion lider mövqedədir. Simiondan əlavə prezidentliyə daha 10 namizəd mübarizə aparır.

Qeyd edək ki, bu, son altı ayda Rumıniyada keçirilən ikinci prezident seçkisidir. Ötən ilin noyabrında seçkilərin birinci turu baş tutmuşdu. Dekabrda Rumıniya Konstitusiya Məhkəməsi birinci turun nəticələrini ləğv etdi. Buna səbəb olaraq birinci turda qalib gəlmiş sağçı namizəd Kalin Corceskunun xeyrinə Rusiyanın müdaxiləsi göstərildi. Fevral ayının sonunda Corceskuya altı cinayət epizodu üzrə, o cümlədən yalan məlumat yayma ittihamı irəli sürüldü.

Qeyd edək ki, Corcesku prezidentliyə namizədliyini irəli sürmək üçün müraciət etmişdi, lakin Mərkəzi Seçki Komissiyası onun müraciətini qəbul etmədi.

Bizimlə əlaqə saxlayın