15 
May
2025
00:14
796

Aytac Məmmədovanın cəsədi tapılıb

Qardabani bələdiyyəsinin Kosalı kənd sakini olan 21 yaşlı Aytac Məmmədovanın Kür çayına düşməsi ehtimal edilirdi. Gənc qız bir müddət əvvəl itkin düşmüş və hadisə ilə bağlı axtarış işlərinə başlanılmışdı.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində Aytac Məmmədovanın cəsədi Kür çayında çaya düşdüyü ehtimal edilən nöqtəyə yaxın ərazidə tapılıb. Onun meyiti ekspertizaya göndərilib.

Ekspertiza nəticəsində cəsədin şəxsiyyəti müəyyənləşdirilib və təsdiqlənib ki, cəsəd Aytac Məmmədovaya məxsusdur.

Aytac Məmmədova artıq 40 gündən çox idi ki, itkin düşmüş hesab olunurdu və bu müddət ərzində onun tapılması üçün  axtarışlar aparılırdı.

Bizimlə əlaqə saxlayın