15 
May
2025
10:21
918

Əhməd İmamquliyev: “Aytacın nəşi təsadüfən tapıldı – bu, ikili standartların nəticəsidir!”

Müxalif siyasətçi Əhməd İmamquliyev sosial şəbəkə üzərindən yayımladığı açıqlamada 21 yaşlı Aytac Məmmədovanın nəşinin Kür çayında təsadüfən tapılmasına reaksiya verib.

InterPress.ge xəbər verir ki, o, hadisəni ölkədə hökm sürən ikili standartların bariz nümunəsi adlandırıb.

“Aprelin 1-də – Aytacın itkin düşməsinin 45-ci günündə axtarışlar dayandırıldı. Dünən, yəni mayın 14-də Kür çayına düşən avtomobilin içində olanları axtarmaq üçün suyun səviyyəsi azaldıldı və məhz bu zaman təsadüfən Aytacın nəşi tapıldı,” – deyə İmamquliyev bildirib.

O, mərhumun ailəsinə başsağlığı verərək, bu hadisədən dərs çıxarılmasının vacibliyini vurğulayıb: “Allah Aytac balaya rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin. Amma və lakin, illərdir sizlərə dediyimi bir daha təkrar edirəm – bu ölkədə ikili standart var!”

Əhməd İmamquliyev seçici məsuliyyətinə diqqət çəkərək əlavə edib: “Xahiş edirəm, gələcəkdə seçkilərə gedərkən kimə və nə üçün səs verdiyinizi dərk etmədən səs verməyin.”

O, məsuliyyəti təkcə hökumətə deyil, parlamentdəki azərbaycanlı deputatlara da yönəldib: “Aytacın axtarışında məsul şəxslər qədər bizim millətdən olan, parlamentdə oturan marionet kuklalar – Savalan Mirzoev və Zaur Darğallı da günahkardılar!”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər