06 
Iyn
2025
21:06
437

Qurban bayramında 30 ailəyə yardım – Kovsər Yardım Fondundan xeyirxah aksiya

Qurban bayramı münasibətilə Kovsər Yardım Fondu növbəti xeyriyyə təşəbbüsünü həyata keçirib.

InterPress.ge xəbər verir ki, fondun təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində 30 aztəminatlı ailəyə ərzaq və ət yardımı göstərilib. Yardım paketləri ailələrin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanıb və könüllülər tərəfindən birbaşa ünvanlara çatdırılıb.

Ümumilikdə 2500 lari dəyərində yardım təqdim olunub.

Fondun verdiyi məlumata görə, aksiyanın əsas məqsədi aztəminatlı ailələrin sosial yükünü azaltmaq, ictimai rifahı yüksəltmək və cəmiyyətdə həmrəylik ruhunu gücləndirməkdir.

Kovsər Yardım Fondu bu təşəbbüsün həyata keçirilməsində iştirak edən bütün üzvlərə, könüllülərə və tərəfdaşlara təşəkkür edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər