
İsrail müdafiə naziri: “Xamenei raket hücumlarını davam etdirsə, Tehran alov içində qalacaq”
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, əgər İranın ali rəhbəri Əli Xamenei İsrailə qarşı raket hücumlarını davam etdirərsə, Tehran tamamilə alova bürünəcək.
Nazirin sözlərinə görə, “İranlı diktator öz xalqını girov saxlayır və reallıq yaradır ki, iranlılar, xüsusilə Tehran sakinləri, İsrailin dinc sakinlərinə qarşı cinayətkar hücumların ağır bədəlini ödəməli olacaqlar”.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bəyan etmişdi ki, İsrail Hərbi Hava Qüvvələri artıq İranda yerləşən nüvə və hərbi obyektlərə zərbələr endirir.
Xatırladaq ki, 13-14 iyun tarixlərində İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları nəticəsində 3 nəfər həlak olub, onlarla insan yaralanıb və bir sıra mülki infrastruktur obyektləri zərər görüb və ya tamamilə dağıdılıb.