18 
Iyn
2025
11:31
191

İsrail İranın raket və sentrifuqa istehsalı obyektlərinə hava zərbələri endirib

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, çərşənbə günü səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən raket və sentrifuqa istehsalı ilə məşğul olan hərbi obyektlərə 50-dən çox döyüş təyyarəsi ilə hava hücumu həyata keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Son saatlarda Hərbi Hava Qüvvələrinin 50-dən çox qırıcı təyyarəsi Kəşfiyyat Departamentinin dəqiq məlumatlarına əsasən Tehran ərazisindəki bir sıra hərbi obyektlərə zərbələr endirib”, – deyə IDF-nin açıqlamasında bildirilir.

Məlumata görə, zərbələrin hədəfində həm yer-yer, həm də yer-hava tipli raketlərin istehsal olunduğu obyektlər olub.

Hərbi komandanlıq bildirir ki, bu hücumların əsas məqsədi İranın nüvə silahı istehsalını ləngitməkdir. Xüsusilə sentrifuqa istehsalı obyektlərinə hücum edildiyi vurğulanır.

"İran rejimi nüvə silahı istehsalı üçün nəzərdə tutulan uranı zənginləşdirir", – deyə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında qeyd olunur.

Bizimlə əlaqə saxlayın