18 
Iyn
2025
16:05
175

Mziya Amaglobeli 1 000 lari cərimələndi – məhkəmə onu inzibati xətada təqsirli bildi

Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti” media resurslarının təsisçisi Mziya Amaglobelini inzibati xətada təqsirli bilərək ona 1 000 lari məbləğində cərimə təyin edib.

Qərarı hakim Marianna Fomaeva elan edib. Qərarın səsləndirilməsi zalda olan şəxslər tərəfindən etirazla qarşılanıb.

Bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindirilib və həm müdafiə, həm də ittiham tərəfi yekun çıxışlarını təqdim edib. Mziya Amaglobeli özü prosesdə iştirak etməyib. Hakimin bildirdiyinə görə, o, onlayn qoşulmaqdan imtina edib.

Xatırladaq ki, Amaglobeliyə qarşı inzibati xəta işi bu ilin 11 yanvar tarixində Acarıstan Polis Baş İdarəsinin qarşısında keçirilən etiraz aksiyası zamanı stiker yapışdırması faktı ilə bağlı qaldırılıb.

Bizimlə əlaqə saxlayın