19 
Iyn
2025
22:04
679

Gürcüstanda attestat üçün sənəd qəbulu bu tarixdən başlayır

Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri İnkişaf Agentliyi 23 iyun 2025-ci il tarixindən etibarən ümumi orta təhsili (XI sinfi) başa vurmağı təsdiqləyən dövlət sənədi – attestatın verilməsi üçün ərizələrin qəbuluna başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, attestat almaq üçün ərizə Dövlət Xidmətləri İnkişaf Agentliyinin ərazi şöbələrinə, Ədliyyə Evlərinin filiallarına və mobil Ədliyyə Evlərinə təqdim oluna bilər.

Attestat almaq üçün ərizəni şəxsiyyət vəsiqəsi olan məzun, onun qanuni nümayəndəsi (etibarnamə əsasında), yaxud 18 yaşına çatmamış şəxslər üçün valideyni təqdim edə bilər.

Dekabrın 31-dək attestat müraciətin qəbulundan 10 iş günü sonra ödənişsiz təqdim olunacaq.

Fiziki attestatı aldıqdan sonra vətəndaş eyni sənədin elektron versiyasını da istənilən vaxt my.gov.ge portalından yükləyə bilər. Elektron attestat orijinal sənədlə bərabər hüquqi qüvvəyə malikdir. Yükləmə üçün müraciət zamanı təqdim olunmuş yaddaş kartında göstərilən ərizə nömrəsi və kod istifadə olunur.

Baza (IX sinif) ümumi təhsil haqqında attestata gəlincə, “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ilkin baza təhsili attestatı yalnız 2025-ci ilin mart ayında eksternat formasında bu səviyyəni başa vuran və attestat alma hüququ qazanan şəxslərə təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın