Tbilisidə “Biz xatırlayırıq” şüarı ilə etiraz aksiyası keçirilir
Tbilisinin Rustaveli prospektində “Biz xatırlayırıq” şüarı altında etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları avtomobil yolunu bağlayıblar.
Etirazçılar bildirirlər ki, 20 iyun tarixində baş vermiş və “Qavrilov gecəsi” kimi tanınan hadisədən 6 il keçsə də, məsuliyyət daşıyan şəxslər hələ də cəzalandırılmayıb.
Aktivistlər parlament binası qarşısındakı fəvvarəni rəmzi olaraq qırmızı rəngə boyayıblar. Bu, qanunsuzluqlara və ədalətsizliyə qarşı etirazın simvolu kimi təqdim olunur.
Bu gün etirazların fasiləsiz olaraq davam etdiyi 205-ci gündür. Etirazçılar tələblərinin dəyişmədiyini bildirirlər – yeni seçkilərin təyin olunması və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması.
Aksiya iştirakçıları Gürcüstan və Avropa İttifaqı bayraqları ilə meydana toplaşıb, “Rejim məhbuslarına azadlıq!” şüarları səsləndirirlər.


