25 
Iyn
2025
11:11
232

Xarici vətəndaşların ölkədən deportasiya edilməsi davam edir

Miqrasiya Departamenti və nazirliyin digər müvafiq struktur bölmələrinin sıx koordinasiyası ilə son günlər ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 34 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata əsasən, Gürcüstandan deportasiya olunan şəxslər Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeş vətəndaşlarıdır. Ümumilikdə 34 nəfər deportasiya olunub. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, həmin şəxslərə Gürcüstana daxil olma qadağası qoyulub.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh olan qurumdur. Onun əsas funksiyalarından biri hüquqi əsas olmadan Gürcüstanda yaşayan əcnəbi vətəndaşların müəyyənləşdirilməsi və onların ölkədən çıxarılmasının təmin edilməsidir,” – deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər