08 
Iyl
2025
11:11
394

Keçmiş hökumət başçısının son vəziyyəti açıqlandı

Birinci Universitet Klinikası klinik direktoru Lali Turdzeladze bildirib ki, Adcara Muxtar Respublikasının hökumətinin sabiq sədri Tornike Rijvadze hələ də süni nəfəs aparatına qoşuludur və vəziyyəti sabit, lakin ağır olaraq qalır.

InterPress.ge xəbər verir ki, Turdzeladze “InterPressNews” agentliyinə açıqlamasında deyib:

“Vəziyyət sabitdir, pisləşmə olmayıb. Hal-hazırda həkimlərin baxışı gedir, sonra əlavə müayinələr olacaq və bundan sonra Levani Ratiyani şərh verəcək. Bəli, vəziyyəti sabit ağırdır, süni nəfəs aparatına qoşuludur, amma sabitdir.”

Xatırladaq ki, dünən səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayaraq Tornike Rijvadzenin Saqareco şəhərindəki “GeoHospitals” klinikasına döş qəfəsindən odlu silah yarası ilə gətirildiyini bildirmişdi. Ona təcili tibbi yardım göstərilib və daha sonra Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.

Məlumata görə, Tornike Rijvadzenin işi üzrə odlu silahın səhlənkar saxlanılmasına görə Aleksi Axvlediani şübhəli şəxs qismində saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər