Saat 15:00-a olan seçici fəallığı açıqlandı
Saat 15:00-a olan vəziyyətə əsasən, ölkə üzrə bələdiyyə seçkilərində seçici fəallığı 28,22 faiz təşkil edib. Belə ki, bu saata qədər səsvermə hüququndan 991 651 vətəndaş istifadə edib.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natiya İoseliani məlumat verib.
İoselianinin sözlərinə görə, səsvermə prosesi əsasən sakit və peşəkar mühitdə davam edir. Onun qeyd etdiyinə görə, bəzi ayrı-ayrı insidentlər qeydə alınsa da, onlar ümumi seçki prosesinə təsir göstərməyəcək.
“Səslə bağlı şikayətlərə gəldikdə, baxmayaraq ki, seçki prosesində iştirak edən tərəflər şikayətlərin təqdim edilməsi qaydalarını yaxşı bilirlər, biz yenə də əsassız ittihamlar eşidirik. Bir daha qeyd etmək istəyirəm ki, şikayətlərin verilməsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Hazırda dairə seçki komissiyalarına cəmi 5 şikayət daxil olub. Onlar əsasən foto və videoçəkiliş qaydalarının pozulması, səsvermə binasının tərtibatı və seçki məntəqəsindən kənarda seçicilərin qeydiyyatı ilə bağlı məsələlərə aiddir,” – deyə Natiya İoseliani bildirib.


