Qardabanidə jurnalistə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu Qardabani bələdiyyəsinin Martkopi kəndində jurnalistin peşə fəaliyyətinə mane olma və ona qarşı zorakılıq törətmə faktı üzrə bir nəfərə qarşı rəsmi ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
İstintaqla müəyyən edilib ki, 2025-ci il 12 may tarixində Martkopidə təqsirləndirilən şəxs “TV Pirveli” telekanalının jurnalistinə və operatoruna onların peşə fəaliyyətinə mane olmaq məqsədilə fiziki zorakılıq tətbiq edib, həmçinin onların kamera və mobil telefonunu zorla əlindən alıb.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 126¹-ci maddəsinin “g” bəndi (fiziki ağrıya səbəb olan zorakılıq) və 154-cü maddəsinin birinci bəndi (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə – məlumatın yayılmasından imtina etməyə məcbur etmə) ilə ittiham irəli sürülüb.
Bu maddələr 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq artıq məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Cinayət işi üzrə istintaq davam edir.


