İrakli Kobaxidze: “Dərin dövlət”in yeni planına əsasən, yerli agentura rusiyalı turistlərin Gürcüstana gəlməsinin qarşısını almaq üçün hər şeyi etməlidir
“Dərin dövlət”in yeni planına əsasən, onların yerli agenturası rusiyalı turistlərin Gürcüstana gəlməməsi üçün hər şeyi etməlidir. Bu isə nəticə etibarilə Rusiya hakimiyyətinin Gürcüstanda guya rusofob əhval-ruhiyyənin olması səbəbindən ölkəmizlə bütün iqtisadi əlaqələri dayandırması ilə nəticələnməlidir.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, bütün bunların, eləcə də ikinci cəbhənin açılmasının və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmanın məqsədi Gürcüstan iqtisadiyyatını çökdürmək, xalqlar arasında düşmənçiliyi qızışdırmaq və prosesləri hərbi münaqişəyə qədər çatdırmaqdır.
“Əgər 2022-ci ildə, Ukraynada müharibə başlayarkən, ‘dərin dövlət’in tapşırığı ilə yerli radikal agentura hakimiyyəti ikinci cəbhənin açılmasına və Ukraynaya könüllülərin göndərilməsinə çağırırdısa, eyni zamanda xarici agentlər Gürcüstanın Suxumi və Sxinvaliyə hərbi qüvvə ilə ‘gəzintiyə çıxmasını’ təklif edirdilərsə, ‘dərin dövlət’in yeni planına əsasən, onların yerli agenturası rusiyalı turistlərin Gürcüstana gəlməməsi üçün hər şeyi etməlidir. Bu isə nəticədə Rusiya hakimiyyətinin Gürcüstanda guya rusofob əhval-ruhiyyənin olması səbəbindən ölkəmizlə bütün iqtisadi əlaqələri dayandırması ilə nəticələnməlidir.
Bütün bunların, eləcə də ikinci cəbhənin açılmasının və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmanın məqsədi Gürcüstan iqtisadiyyatını çökdürmək, xalqlar arasında düşmənçiliyi qızışdırmaq və prosesləri hərbi münaqişəyə qədər çatdırmaqdır. Bizim vəziyyətimizdə bu, Gürcüstanın son dərəcə zəifləməsi və məhv olmaq təhlükəsinin yaranmasına gətirib çıxarır”, – deyə İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, “dərin dövlət”in planı necə olursa-olsun, “siyasi fikir ayrılıqlarının, keçmişdə yol verilmiş siyasi səhvlərin və ya qlobal müharibə partiyasının Gürcüstanı müharibəyə cəlb etmək və Rusiya ilə ikinci cəbhə açmaq planının xalqlar arasında düşmənçilik üçün əsas olmasına imkan vermək olmaz”.
Kobaxidzenin qeyd etdiyi kimi, cəmiyyətlər arasında münasibətlərin qorunması və dinc yanaşı yaşamaq istənilən siyasi konyunkturadan və ya qeyri-formal oliqarxik qüvvələrin konkret dövlətlərlə bağlı konkret planından daha vacibdir.
“Ehtiyatlılıq xüsusilə ona görə vacibdir ki, xalqlar arasında mövcud əlaqələrə zərər dəyməsin. Unutmamalıyıq ki, həm Gürcüstanda, həm də Rusiyada çoxlu sayda qarışıq ailə yaşayır. Həmçinin Rusiyada böyük gürcü diasporu, Gürcüstanda isə Rusiya mənşəli çoxsaylı insanlar yaşayır.
Buna görə də ‘dərin dövlət’in planı necə olursa-olsun, siyasi fikir ayrılıqlarının, keçmişdə yol verilmiş siyasi səhvlərin və ya qlobal müharibə partiyasının Gürcüstanı müharibəyə cəlb etmək və Rusiya ilə ikinci cəbhə açmaq planının xalqlar arasında düşmənçilik üçün əsas olmasına imkan vermək olmaz. Çünki cəmiyyətlər arasında münasibətlərin qorunması və dinc yanaşı yaşamaq istənilən siyasi konyunkturadan və ya qeyri-formal oliqarxik qüvvələrin konkret dövlətlərlə bağlı konkret planından daha vacibdir”, – deyə baş nazir bildirib.


