12 
Avq
2026
19:09
70

Gürcüstanda məktəb şagirdləri dərsliklərlə pulsuz təmin ediləcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məktəb şagirdlərinin ümumtəhsil müəssisələrinin dərslikləri ilə pulsuz təmin edilməsi məqsədilə hədəfli proqramı təsdiqləyib.

InterPress.ge xəbər verir ki, müvafiq hüquqi akt artıq dərc olunub.

Sənədə əsasən, proqram benefisiarlarının ümumtəhsil müəssisələrinin dərslikləri ilə pulsuz təmin edilməsi hər il Təhsil Nazirliyinə həmin il üçün ayrılmış dövlət büdcəsi vəsaitləri hesabına həyata keçiriləcək.

Proqram çərçivəsində məktəb dərslikləri aşağıdakı şəxslərə pulsuz təqdim ediləcək:

• dövlət məktəblərinin şagird və müəllimlərinə – Nazirlik tərəfindən müəyyən edilən fənn və siniflər üzrə;

• sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və hər il martın 1-nə ailəsinin reytinq balı 70 001-dən aşağı olan özəl məktəb şagirdlərinə;

• Axalqori bələdiyyəsinin işğal olunmuş ərazilərində yerləşən və tədrisin gürcü dilində aparıldığı məktəblərin şagird və müəllimlərinə – Nazirlik tərəfindən müəyyən edilən fənn və siniflər üzrə;

• işğal olunmuş Qali rayonunun İnquri çayı boyunca yerləşən 9 məktəbin şagird və müəllimlərinə – Nazirlik tərəfindən müəyyən edilən fənn və siniflər üzrə. Həmçinin işğal olunmuş Qali rayonunun müharibədən əvvəlki sərhədlərində bərpa edilərək fəaliyyət göstərən məktəblərin I sinif şagird və müəllimlərinə, II-XI sinif şagird və müəllimlərinə gürcü dili və ədəbiyyatı, Gürcüstan tarixi və Gürcüstan coğrafiyası dərslikləri təqdim ediləcək;

• özəl məktəblərin I sinif şagirdlərinə – yalnız “Ana dili” dərsliyi;

• 2008-ci ilin avqust müharibəsində həlak olan döyüşçülərin övladları olan özəl məktəb şagirdlərinə;

• Təhsil Nazirliyinə və nazirlik sisteminə daxil olan publik hüquqi şəxslərə – onların tələbi əsasında.

Məlumata görə, proqram çərçivəsində dərsliklərin pulsuz təqdim edilməsi hər il dövlət büdcəsindən ayrılan müvafiq vəsait hesabına həyata keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər