19 
Okt
2025
11:44
269

Polisi iki xarici vətəndaşı külli miqdarda narkotik saxlama və satışda ittiham edərək saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində xarici ölkə vətəndaşlarını – 2004-cü il təvəllüdlü G.U. və 1993-cü il təvəllüdlü V.U.-nu böyük və xüsusilə böyük həcmdə narkotik vasitələrin qanunsuz saxlanması, satışı və satışa yardımda ittiham edərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

DİN-nin məlumatına görə, bu cinayət əməlləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaq çərçivəsində saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə, avtomobillərində və müxtəlif yerlərdə aparılmış axtarışlar zamanı satış üçün hazırlanmış, böyük və xüsusilə böyük miqdarda narkotik vasitələr – ‘Alfa-PVP’, ‘kokaın’ və qurudulmuş ‘marixuana’ aşkarlanaraq maddi sübut kimi götürülüb.

Həmçinin narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan müxtəlif materiallar da müsadirə olunub,” – məlumatda qeyd olunur.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri üzrə davam etdirilir.

Bizimlə əlaqə saxlayın