23 
Okt
2025
16:53
699

Azyaşlı qızına davamlı təcavüz edən ata ömürlük həbs cəzasına məhkum edilib

Kutaisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə qəbul edərək azyaşlı qızına təcavüz edən şəxsi günahkar hesab edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.

Məhkəmə iclaslarında araşdırılmış materiallara əsasən, müəyyən edilib ki, təqsirləndirilən şəxs zor tətbiq etməklə və qızının yaşca acizliyindən istifadə edərək ona mütəmadi şəkildə cinsi təcavüz göstərib.

Hadisə ilə bağlı təqsirləndirilən şəxs 2025-ci il 23 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima maddəsi və 137-ci maddəsinin 3-cü hissəsinin “e” və 4-cü hissəsinin “g” bəndləri (azyaşlı ailə üzvünə qarşı təcavüz) üzrə ittiham irəli sürülüb və ilkin mərhələdə barəsində həbs qətimkan tədbiri seçilib.

Kutaisi Şəhər Məhkəməsi qərarı ilə təqsirləndirilən şəxs tam şəkildə günahkar bilinib və ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

Bizimlə əlaqə saxlayın