24 
Okt
2025
11:01
460

Azyaşlı qızna və qohumuna qarşı seksual hərəkətlər edən şəxs saxlanıldı

Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş idarəsinin əməkdaşları 1995-ci il təvəllüdlü L.X.-ni 14 yaşına çatmayan ailə üzvünə qarşı əxlaqsız və seksual xarakterli hərəkətlər törətməkdə ittiham edərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasında bildirilir ki, cinayət əməli 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Aparılmış istintaq nəticəsində müəyyən edilib ki, 1995-ci il təvəllüdlü L.X. əvvəlcədən bildiyi halda, 14 yaşına çatmayan ögey qızına qarşı seksual xarakterli hərəkətlər törədib.

İstintaq zamanı həmçinin aşkar olunub ki, L.X. evində qonaq olan 14 yaşına çatmayan qohumuna qarşı da əxlaqsız davranış sərgiləyib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində L.X. məhkəmənin qərarı əsasında Tbilisidə saxlanılıb. Axtarış zamanı onun mobil telefonunda törətdiyi hərəkətləri əks etdirən videomateriallar aşkarlanıb və maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 141-ci maddəsinin ikinci hissəsi və 11-ci prima 140-cı maddəsinin birinci hissəsi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın