26 
Okt
2025
00:24
504

Gənc müəllim öldürülüb - DİN açıqlama verdi

Gənc müəllim Giqa Avalianinin ölümü ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, nazirliyin məlumatına görə, hadisə ilə əlaqədar 2008-ci il təvəllüdlü şəxs saxlanılıb.

Açıqlamada bildirilir ki, Tbilisi Polis Departamentinin Qldani–Nadzaladevi baş idarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində 2008-ci il təvəllüdlü A.Q.-ni qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirərək saxlayıblar.

İlkin istintaq materiallarına əsasən, A.Q. Tbilisinin Temka yaşayış massivində yerləşən bir binanın yaxınlığında 1997-ci il təvəllüdlü G.A.-ya (Giqa Avaliani) fiziki zor tətbiq edib və ona ağır bədən xəsarətləri yetirib.

Hadisədən sonra zərərçəkmiş gənc kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq, vəziyyəti daha da pisləşib. O, oktyabrın 24-də dünyasını dəyişib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə – sağlamlığa qəsdən ağır zərər vurma ittihamı üzrə davam etdirilir.

Bizimlə əlaqə saxlayın