Poniçalada (Soğanlıqda) narkotik maddə satmaqda təqsirləndirilən 16 yaşlı şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü A.M.-i narkotik maddələrin əldə edilməsi, saxlanılması və satılması ittihamı ilə Poniçalada (Soğanlıqda) saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, həmin cinayətə görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Aparılan intensiv istintaq tədbirləri nəticəsində toplanan sübutlarla, o cümlədən məhkəmə qərarı əsasında əldə olunmuş gizli audio və video yazılarla müəyyən edilib ki, A.M. narkotik maddə – marixuananı müxtəlif üsullarla vətəndaşlara satıb,” – deyə məlumatda qeyd olunur.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260³-cü maddələrinin birinci hissəsi ilə davam etdirilir.


