İki əcnəbi narkotik maddələrin dövriyyəsinə görə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etməkdə təqsirləndirilən iki əcnəbini – 2007-ci il təvəllüdlü A.B. və 1999-cu il təvəllüdlü A.S.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına əsasən, sözügedən cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxslərin üzərindən və müxtəlif yerlərdən satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda narkotik maddələr – ‘mefedron’, ‘metadon’ və ‘alfa-PVP’ götürülüb. Bundan əlavə, polisin apardığı axtarış zamanı təqsirləndirilənlərdən birinin evindən narkotik maddələrin qablaşdırılması üçün nəzərdə tutulan ləvazimatlar da aşkar edilərək müsadirə olunub,” – deyə DİN-in məlumatında bildirilir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260⁴-cü maddələri ilə davam etdirilir.


