26 
Okt
2025
11:20
412

Son üç gündə etiraz aksiyalarının 60 iştirakçısı saxlanılıb

Son üç gün ərzində keçirilən etiraz aksiyaları zamanı yığıncaq və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə inzibati xətalar məcəlləsinə əsasən 60 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, patrul polisi nümayəndələri dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırıblar, çünki iştirakçıların sayı yolun bağlanması üçün qanuni əsas yaratmırdı. Buna baxmayaraq, etirazçılar polisin xəbərdarlıqlarına tabe olmayaraq avtomobil yolunu yenidən bağlayıb və hərəkəti məhdudlaşdırıblar.

“Bir daha aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq. Əks halda onların barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək,” – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər