Keşəli kəndində “Kür Tədris Mərkəzi”ndə şahmat kurslarına start verildi
31 oktyabr 2025-ci il tarixində Marneuli bələdiyyəsinin Keşəli kəndində fəaliyyət göstərən “Kür Tədris Mərkəzi”ndə şahmat kurslarının açılışı keçirilib.
InterPress.ge xəbər verir ki, mərkəzdə “Şahmat Klubu” layihəsi çərçivəsində şahmat dərsləri, yarışlar və master-klaslar təşkil olunacaq. Eyni zamanda, şagirdlər “Gürcüstan Şahmat Federasiyası”nın dərəcə yarışlarında iştirak imkanı qazanacaqlar.
Layihə “Kür Tədris Mərkəzi” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşəbbüsüdür. Klubun ilk dərsində “Tea House” şahmat klubunun azyaşlı üzvü Timur Kələyev uşaqlara şahmatın əsas qaydaları, gedişləri və strategiyaları barədə məlumat verib, daha sonra simvolik olaraq ilk oyun keçirilib.
Klubda ilk mərhələdə 24 nəfər uşaq və yeniyetmə iştirak edir. Dərslər tamamilə ödənişsiz şəkildə keçirilir və təlimlərə Namiq Hüseynov rəhbərlik edir.



