01 
Nybr
2025
12:07
425

Daxili İşlər Nazirliyi 9 nəfər saxladı

Müxtəlif regionlarda keçirilən əməliyyatlar nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatı aşkar edilərək götürülüb, 9 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birindən əlavə olaraq narkotik maddə də götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin Mərkəzi Kriminal Polis Departamenti, Patrul Polis Departamenti, Tbilisi Polis Departamenti, eləcə də Acarıstan, Raça-Leçxumi və Aşağı Svaneti, İmereti Polis Departamentlərinin əməkdaşları tərəfindən aparılan operativ-axtarış və istintaq tədbirləri zamanı saxlanılan şəxslərin üzərinə, avtomobillərinə və evlərinə baxış keçirilib. Nəticədə müxtəlif növ odlu silahlar – tapançalar, daraqlar və döyüş patronları maddi sübut kimi götürülüb.

Qanunsuz silah-sursat əldə etmə, saxlama, gəzdirmə, eləcə də odlu silahdan istifadə ilə törədilən xuliqanlıq faktlarına görə saxlanılanlar bunlardır:

• 2000-ci il təvəllüdlü D.X.,

• 1987-ci il təvəllüdlü O.M.,

• 1985-ci il təvəllüdlü N.M.,

• 2004-cü il təvəllüdlü M.T.,

• 1995-ci il təvəllüdlü O.O.,

• əvvəllər məhkum olunmuşlar – 1983-cü il təvəllüdlü D.Q., 1990-cı il təvəllüdlü V.X., 1976-cı il təvəllüdlü N.Q.,

• eləcə də 1986-cı il təvəllüdlü xarici ölkə vətəndaşı O.A.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 239-cu və 260-cı maddələri üzrə istintaq aparılır. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetməyi nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər