01 
Nybr
2025
14:44
377

Rustaveli prospektinin bağlanmasına görə 29 aksiya iştirakçısı saxlanıldı – Daxili İşlər Nazirliyi

Son 5 gün ərzində Rustaveli prospektinin qanunsuz olaraq bağlanması və toplantı-manifestasiya qaydalarının pozulması səbəbindən 29 aksiya iştirakçısı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxslər polis əməkdaşlarının yolu bağlamamaq və qanunsuz hərəkətlərdən çəkinmək barədə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, tələblərə məhəl qoymayıblar. Azsaylı iştirakçı olmasına baxmayaraq, etirazçılar prospekti yenidən bağlayaraq nəqliyyatın hərəkətinə süni maneə yaradıblar.

DİN aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağıraraq bildirib:

“Əks halda, Nazirlik qanunla verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edəcək, qayda pozan bütün şəxslər müəyyən ediləcək və onlara qarşı qanunla nəzərdə tutulan tədbirlər görüləcək.”

Qeyd edək ki, saxlanılmalar Gürcüstan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həyata keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər