04 
Nybr
2025
16:11
378

Marneulidə satılan ət farşında eşşək DNT-si aşkarlanıb

Gürcüstanın Qida Təhlükəsizliyi Milli Agentliyi Marneulidə fəaliyyət göstərən iki iaşə obyektində ət farşının tərkibində eşşək DNT-si aşkarlandığını açıqlayıb.

InterPress.ge xəbər veri ki, agentliyin Kvemo Kartli departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində ət və ət məhsullarının növ tərkibinin yoxlanılması məqsədilə müəssisələrdən və satış obyektlərindən nümunələr götürüb. Nümunələr akkreditə olunmuş laboratoriyada analiz edilib.

Araşdırmanın nəticəsinə əsasən, iki nümunədə eşşək DNT-si aşkarlanıb:

  • Ət farşı – istehsalçı: Fərdi sahibkar Sabir Çildırli (iaşə obyekti)
    Ünvan: Marneuli, Ağaşenebeli küçəsi 2a (bazarın yaxınlığı)
    Hazırlanma tarixi: 29.10.2025

  • Ət farşı – istehsalçı: Fərdi sahibkar Famil Maqarovi (iaşə obyekti)
    Ünvan: Marneuli, Ağaşenebeli küçəsi 2a (bazarın yaxınlığı)
    Hazırlanma tarixi: 29.10.2025

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, aşkarlanan məhsullar satışdan çıxarılıb, müəssisələrin istehsal prosesi dayandırılıb və toplanan materiallar əlavə tədbirlər görülməsi üçün müvafiq qurumlara təqdim edilib.

Bizimlə əlaqə saxlayın