Sərhəd polisinin əməkdaşı böyük miqdarda narkotiklə saxlanıldı - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində 1978-ci il təvəllüdlü T.Ğ. böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Nazirliyin məlumatına görə, T.Ğ. DİN-in Sərhəd Mühafizəsinin Quru Sərhədlərin Mühafizəsi Departamentinin əməkdaşıdır. İstintaq müəyyən edib ki, o, “buprenorfin” və “alfa-PVP” adlı psixoaktiv maddələri qanunsuz şəkildə əldə edib və onları idarə etdiyi avtomobildə saxlayıb.
Axtarış zamanı hüquq-mühafizə orqanları narkotik vasitələri sübut kimi müsadirə ediblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin ikinci bəndi üzrə aparılır. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


