Kvemo Kartlida saxta dollarların dövriyyəsi – iki nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta pulun saxlanması və dövriyyəyə buraxılması faktı üzrə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
İlkin istintaqla müəyyən olunub ki, şəxslər maddi qazanc əldə etmək məqsədilə Kvemo Kartli bölgəsində yerləşən “Rico Express” adlı mikromaliyyə təşkilatının filiallarında saxta pulları dövriyyəyə buraxıblar. Onlar ümumilikdə 3 000 ABŞ dolları məbləğində, 60 ədəd saxta 50 dollarlıq əskinası satıblar.
Məlumata əsasən, aparılan əməliyyat tədbirləri nəticəsində saxta əskinaslar tam şəkildə müsadirə edilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə ilə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


