12 
Nybr
2025
16:58
274

Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı ərazidə daha bir əsgərin nəşi tapılıb

Sığnaği bələdiyyəsində Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı ərazidə daha bir həlak olmuş şəxsin nəşi aşkarlanıb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetmə Xidməti təsdiqləyib.

Xidmətin açıqlamasına görə, bu vaxtadək ümumilikdə 19 həlak olmuş şəxsin nəşi tapılıb, bir nəfərin axtarış-xilasetmə işləri isə hələ də davam edir.

Xatırladaq ki, noyabrın 11-də Sığnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, təyyarə Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirirdi.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə istintaq başladıb — bu maddə hava nəqliyyatının təhlükəsizliyi və istismar qaydalarının pozulması nəticəsində insan ölümü ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər