13 
Nybr
2025
11:02
340

Qardabanda həyat yoldaşını döyən və şəxsi görüntülərin yayılması ilə hədələyən şəxs saxlanılıb

Qardabanda bir kişi həyat yoldaşına qarşı fiziki zorakılıq törətməkdə və onun şəxsi həyatına dair görüntülərin yayılması ilə hədələməkdə ittiham olunaraq saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, törədilmiş əməl 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bildirilib ki, DİN-in Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları 1975-ci il təvəllüdlü R.B.-ni ailə içi zorakılıq ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, R.B. mübahisə zamanı həyat yoldaşı – 1990-cı il təvəllüdlü S.K.-yə fiziki zor tətbiq edib və şəxsi həyatını əks etdirən kadrların yayılması ilə onu hədələyib. Polis əməkdaşları R.B.-ni hadisənin isti izində tutublar.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 126-prima maddəsinin 2-ci hissəsinin “b” bəndi üzrə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər