Qarapapaq Türklərinin Gürcüstan təmsilçiləri Türkiyə rəsmiləri ilə görüş keçirdi
Dünya Qarapapaq Türklərinin Gürcüstan təmsilçiləri Türkiyə dövlət rəsmiləri ilə keçirilən görüşdəiştirakedib.
InterPress.ge xəbər verir ki, Dünya Qarapapaq Türklərinin Gürcüstan təmsilcisi Qəzənfər Məmmədov məlumat verib.
Onun sözlərinə görə, görüşlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında davam etdirilir. Bu çərçivədə Dünya Ahıskalı Türklər Birliyinin heyəti ilə birlikdə Türkiyənin Daxili İşlər Nazirliyinin Göç İdarəsi Başqanı Hüseyn Kök ilə səmimi bir görüş baş tutub.
Görüşdə Gürcüstanda yaşayan Qarapapaq Türklərinin hüquqi statusu, gələcəkdə prosedurların sadələşdirilməsi və əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qəzənfər Məmmədov bildirib ki, Hüseyn Kökün diqqəti, anlayışı və nümayiş etdirdiyi səmimiyyət görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. O, bu görüşün həm Gürcüstanda yaşayan Qarapapaq Türkləri, həm də ümumilikdə türk soylu icmalar üçün önəmli addım olduğunu vurğulayıb.
Məmmədov sonda Hüseyn Kökə göstərdiyi diqqət və ayırdığı vaxta görə təşəkkür edib.


