12 yaşlı ögey qızının yataq otağında gizli videoqurğu quraşdıraraq, onun şəxsi həyatına dair görüntüləri yayan şəxs saxlanıldı
Gürcüstan Prokurorluğunun əməkdaşları yetkinlikyaşına çatmayan şəxsin şəxsi həyatına dair məlumatların qanunsuz əldə edilməsi, saxlanılması və yayılması faktı üzrə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər veri ki, bu barədə məlumatı prokurorluq verib.
Məlumata görə, saxlanılan şəxs 12 yaşlı ögey qızının yataq otağında gizli videoqurğu quraşdıraraq, onun şəxsi həyatına dair görüntüləri qanunsuz əldə edib, saxlayıb və sonra yayıb.
Prokurorluğun açıqlamasına əsasən, Tbilisi Prokurorluğunun şəxsi həyata müdaxiləyə qarşı mübarizə idarəsinin apardığı istintaqla müəyyən olunub ki, şübhəli şəxs onunla birlikdə yaşayan 12 yaşlı yeniyetmənin yataq otağına gizli kamera yerləşdirərək, şəxsi məlumatları ələ keçirib və yayıb.
Hadisə barədə müraciət daxil olan kimi prokurorluq dərhal istintaqa başlayıb, zərərçəkmiş və digər şahidlər dindirilib. Əməliyyat zamanı müxtəlif elektron qurğular müsadirə edilib və onlardan təqsirləndirilən şəxsi ifşa edən sübutlar aşkarlanıb. Daha sonra məhkəmə qərarı ilə şübhəli şəxs saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 157^1-ci maddəsinin birinci hissəsi ilə (şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması) ittiham irəli sürülüb. Maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.


