18 
Nybr
2025
18:36
221

Yeni Seçki Məcəlləsinə görə partiya siyahılarında yalnız partiya üzvləri yer ala biləcək

Yeni redaksiyada hazırlanmış “Seçki Məcəlləsi” layihəsinə əsasən, seçki administrasiyasına təqdim edilən partiya siyahılarına yalnız həmin partiyanın üzvləri daxil edilə biləcək.

InterPress.ge xəbər verir ki, qayda həm parlament, həm də bələdiyyə seçkiləri üçün nəzərdə tutulur.

Layihəyə görə, partiya yalnız öz üzvlərini namizəd kimi irəli sürə biləcək. Qeyri-partiya şəxslərin namizədliyi isə yalnız təşəbbüs qrupları tərəfindən təqdim oluna bilər. Əks halda, namizəd qeydiyyata alınmayacaq və ya artıq qeydiyyatdan keçibsə, onun qeydiyyatı ləğv olunacaq.

Yeni redaksiyada hazırlanmış “Seçki Məcəlləsi” layihəsi və ona əlavə olunmuş qanunvericilik dəyişiklikləri 19 noyabrda parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsində müzakirə olunacaq.

Yeni seçki qanunvericiliyi ilə seçkilərlə bağlı bir sıra qaydalar və prosedurlar dəyişir.

Layihənin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatlarıdır: Arçil Gordulaze, Tornike Çeyişvili, Rati Yonatamişvili, Aluda Quduşauri, Davit Matikaşvili, Quram Maçarashvili, Akaki Aladaşvili, Tengiz Şarmanashvili və Aleksandre Tabataze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər