20 
Nybr
2025
10:44
377

Avtomobil alqı-satqısı adıyla fırıldaqçılıq: iki nəfər saxlanılıb

Acaranın Polis Departamentinin əməkdaşları 1992-ci il təvəllüdlü A.F. və 1995-ci il təvəllüdlü R.G.-ni böyük məbləğdə, qrup halında törədilmiş dələduzluq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin məlumatına görə, şübhəlilər avtomobil almaqda maraqlı olan 1996-cı il təvəllüdlü N.M.-i aldadaraq, maşının xaricdən gətirilməsinə köməklik göstərmək adı altında ondan təxminən 50 min ABŞ dolları məbləğində pul alıblar və mənimsəyiblər.

Məlumata əsasən, A.F. və R.G. məhkəmə qərarı əsasında saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri üzrə istintaq aparılır.

Qanunvericiliyə görə, qeyd olunan cinayət 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın