21 
Nybr
2025
10:24
363

2019-cu ildə törədilmiş xüsusi amansızlıqla qətl hadisəsi açılıb

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları, Baş Prokurorluqla birgə aparılmış istintaq nəticəsində 2019-cu il 23 iyunda baş vermiş xüsusi amansızlıqla adam öldürmə cinayətini yeni aşkar edilmiş hallar əsasında açıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Mtsxeta bələdiyyəsinin Ereda kənd sakini, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü G.F. şəxsi mübahisə zəminində küt alət tətbiq etməklə, xüsusi amansızlıq göstərərək 1932-ci il təvəllüdlü M.K.-yə ağır xəsarətlər yetirib.

Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.K. xəstəxanada vəfat edib.

Nazirliyin məlumatında bildirilir ki, cinayəti törətmiş G.F. hazırda başqa bir cinayət işi üzrə məhkum olunaraq penitensiar müəssisədə cəza çəkir.

Hadisə ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci və 3-cü hissələrinin “b” bəndi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər