23 
Nybr
2025
15:11
364

Bayramı münasibətilə 49 nəfər əfv edildi

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Giorgoba bayramı ilə əlaqədar 49 nəfəri əfv edib.

Rəsmi məlumata görə, əfv olunan şəxslərdən 14 nəfər qeyri-məhkumluq, 34 nəfər isə məhkumluq cəzası çəkənlərdir. Bundan əlavə, 1 nəfərin məhkumluğu tamamilə aradan qaldırılıb.

Prezident Administrasiyasının məlumatında bildirilir ki, əfv səlahiyyətinin icrası Konstitusiyanın verdiyi eksklüziv hüquqa əsaslanır və humanizm prinsipi ilə dövlət maraqlarını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın