25 
Nybr
2025
10:54
247

Polis əməliyyatı – iki Türkiyə vətəndaşı külli miqdarda psixotrop maddə ilə saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin qanunsuz, qrup halında əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü A.Ç. və 1988-ci il təvəllüdlü E.S.-i saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Məlumata əsasən, törədilən cinayət 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Polis əməkdaşları şübhəliləri Tbilisi–Senaki–Leselidze avtomagistralında avtomobillə hərəkətdə olarkən saxlayıblar. Şəxsi axtarış və avtomobilin yoxlanılması zamanı külli miqdarda psixotrop maddə – ‘Pregabalin’ tərkibli kapsullar aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 261-ci maddəsi üzrə davam etdirilir,” – DİN-in məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər