Gürcüstan sərhədçiləri Azərbaycanla sərhəd yaxınlığında 4 xarici vətəndaşı qanunsuz keçidə görə saxlayıb - VİDEO
Laqodexi İdarəsinin “Macimi” sərhəd-sektorunun ərazisində aparılan operativ və istintaq tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşı – 2004-cü il təvəllüdlü A.A., 2003-cü il təvəllüdlü S.U., 2000-ci il təvəllüdlü A.Ğ. və 2004-cü il təvəllüdlü S.X. Gürcüstan dövlət sərhədini qrup halında, qanunsuz keçmək ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat verib.
Qeyd olunur ki, bu cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“İstintaq müəyyən edib ki, şübhəlilər sərhəd nəzarət-keçid məntəqəsindən yan keçməklə Azərbaycan Respublikası istiqamətindən Gürcüstana qrup halında qanunsuz daxil olublar.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsi üzrə davam edir ki, bu maddə Gürcüstan dövlət sərhədinin qrup halında, qanunsuz keçirilməsini nəzərdə tutur,” – deyə Sərhəd Polisinin məlumatında bildirilir.


