25 
Nybr
2025
15:48
963

Biometrik pasportlarla bağlı dəyişikliklər edilir

Gürcüstan hökuməti biometrik pasportlar və elektron şəxsiyyət vəsiqələri ilə bağlı dəyişikliklər paketini parlamentə təqdim edib.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, şəxsiyyət (və ya yaşayış) vəsiqəsinin elektron daşıyıcısında bir neçə yeni təhlükəsizlik və identifikasiya elementi olacaq.

Məlumata görə, elektron şəxsiyyət vəsiqəsi aşağıdakı yenilikləri ehtiva edəcək:

  • Vəsitəyə giriş kodu – sənədin kontaktsız mikrosxemindən məlumatların oxunması üçün;
  • QR kod – sənədin və ya sənəd sahibinin statusu barədə məlumatın yoxlanılması üçün (məsələn, əlillik statusu, tələbə statusu, sənədin qüvvədə olması və s.);
  • Barmaq izi – elektron vəsiqədə biometrik məlumat kimi əlavə olunacaq.

Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsi, yaşayış icazəsi sənədi, pasport və ya səfər sənədi dəyişdirilə biləcək, əgər onların qüvvədən düşməsinə 6 aydan az vaxt qalıbsa.

Layihəyə görə:

  • Daimi yaşayış icazəsi – 18 yaşadək şəxslər üçün 4 il, 18 yaşdan yuxarı şəxslər üçün 5 il müddətinə veriləcək.
  • Müvəqqəti yaşayış icazəsi – icazənin müddətinə uyğun qüvvədə olacaq, lakin 18 yaşadək şəxslər üçün maksimum 4 il, 18 yaşdan yuxarı şəxslər üçün maksimum 5 il müddətinə veriləcək.

Bu dəyişikliklər “Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət (yaşayış) vəsiqəsi və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydası haqqında” qanuna əlavə olunur.

Ədliyyə nazirinin müavini Giorgi Dgebuadzenin parlament komitəsindəki izahına görə, qanun layihəsinin hazırlanmasına səbəb Dövlət Xidmətləri İnkişaf Agentliyində mövcud olan elektron sənədlərin çap və personalizasiya avadanlıqlarının köhnəlməsi və müasir tələblərə cavab verməməsidir.

Onun sözlərinə görə, pasport və digər elektron sənədlərin hazırlanması üçün istifadə edilən texnologiyalar artıq təhlükəsizlik risklərinə cavab vermir və tam modernizasiyaya ehtiyac yaranıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər