26 
Nybr
2025
10:55
728

Marneulidə azyaşlı uşaqlara qarşı ailədaxili zorakılıqda ittiham olunan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı törədilmiş ailədaxili zorakılıq faktı üzrə 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.N.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasına əsasən, cinayət əməli 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, şübhəli şəxs 2012 və 2016-cı il təvəllüdlü azyaşlı övladlarına fiziki zor tətbiq edib. Zorakılıq nəticəsində uşaqların bədənində çoxsaylı xəsarətlər müəyyən edilib.

Hüquq-mühafizə orqanları A.N.-ni hadisədən dərhal sonra, ‘isti izlər’ əsasında saxlayıblar.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə davam etdirilir,” – məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər