26 
Nybr
2025
13:50
303

Milli Kəlağayı Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

25 noyabr 2025-ci il tarixində "İnkişaf və Təhsil Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşkilatçılığı ilə “Tea House”da Milli Kəlağayı Gününə həsr olunmuş tədbir baş tutub.

Tədbirdə "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədov çıxış edərək iştirakçıları Milli Kəlağayı Günü münasibətilə təbrik edib. O, bu günün Azərbaycandan kənarda qeyd olunmasının incəsənətin və milli dəyərlərin təbliğinə mühüm töhfə verdiyini vurğulayıb, həmçinin “Kəlağayı Güşəsi”nin fəaliyyəti barədə məlumat verib.

Daha sonra "Kür Tədris Mərkəzi"nin rəhbəri Savalan Osmanlı çıxış edərək milli mədəni dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.

Aşıq Orxanın saz ifası və “Buta” rəqs ansamblının “Nəlbəki” rəqsi tədbirə xüsusi rəng qatıb. Ardınca “Kəlağayı Ev Muzeyi”nin direktoru, şairə Güllü Tomarlının iştirakı ilə hazırlanmış Azərbaycan kəlağayısı haqqında video material nümayiş olunub.

Tədbirin aparıcısı Arzu Əliyeva olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər