26 
Nybr
2025
15:32
467

Nika Meliya həbs cəzası verildi

Hakim İrakli Şvangiradzeyə su sıçratmaqda ittiham olunan “Koalitsiya Dəyişiklik Üçün” hərəkatının liderlərindən Nika Meliya Tbilisi Şəhər Məhkəməsi tərəfindən təqsirli bilinib.

InterPress.ge xəbər verir ki, hakim Elene Qoquadzenin qərarına əsasən, Meliya 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzanın hesablanma tarixi 20 iyun olaraq müəyyən olunub.

Hakim cəzanın niyə cərimə ilə əvəz olunmadığına dair izah verib. Qoquadzenin sözlərinə görə, işdə təkrar cinayət (residiv) mövcuddur və qanunvericiliyə əsasən, belə halda cəzaya əlavə olaraq 1 il artırılmalıdır.

Hakim həmçinin qeyd edib ki, Meliya barəsində yüngülləşdirici hal – tərəflərin sübutları mübahisəsiz qəbul etməsi – nəzərə alınıb.

Xatırladaq ki, Nika Meliya Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi ilə – məhkəməyə hörmətsizlik, hakimə qarşı alçaldıcı davranış – ittiham olunurdu. Bu maddə 2 ilədək həbs cəzası nəzərdə tutur.

Meliya polis tərəfindən cari ilin 29 mayında inzibati qaydada saxlanılmışdı. Ertəsi gün Parlamentin müvəqqəti istintaq komissiyasına gəlməməsi ilə bağlı məhkəmə prosesində onun barəsində həbs qətimkan tədbiri seçildi. Həmin prosesdə Meliya çıxışı zamanı hakimin – Zviad Şvangiradzenin – üzərinə su atmışdı.

Nika Meliya daha əvvəl də parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməyə görə 8 aylıq həbs cəzası almış və 2 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilmişdi. Bundan əlavə, 2019-cu il hökmünə əsasən, icra olunmamış 25 000 larilik cərimə də onun cəzasına əlavə edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər