27 
Nybr
2025
11:01
277

İnterpolun “qırmızı bildirişi” ilə axtarılan xarici vətəndaş saxlanılıb

Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin və Baş Prokurorluğun əməkdaşları İnterpol tərəfindən “qırmızı bildiriş”lə axtarılan Türkiyə vətəndaşı, 1991-ci il təvəllüdlü E.D.-ni Qobuletidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, E.D. 2025-ci il 17 oktyabr tarixindən etibarən Türkiyədə törədilmiş qəsdən adam öldürməqəsdən bədən xəsarəti yetirmə ittihamları ilə beynəlxalq axtarışda olub.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyaqabağı prosedurlar həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər