Gürcüstanda dekabrın 3-dək olan hava proqnozu açıqlandı
2 dekabrda ölkə ərazisində yağış, bəzi bölgələrdə ildırım və küləyin güclənməsi, dağlıq ərazilərdə isə qar gözlənilir. 3 dekabrdan etibarən hava yenidən əsasən yağıntısız olacaq.
InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi məlumat verib.
Paytaxt Tbilisidə 2 və 4 dekabrda zəif yağış gözlənilir, 3 dekabrda hava yağıntısız keçəcək. Günorta temperaturu +10…+12° təşkil edəcək.
Sahilyanı bölgələr (Batumi, Kobuleti, Anaklia, Poti): 2 dekabrda yağış, külək və fırtına ehtimalı var. 3 dekabrdan hava açılacaq. Temperatur +14…+16° olacaq.
Qərbi Gürcüstanın düzənlikləri (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti, Poti): 2 dekabrda yağış, 3 dekabrdan açıq hava. Temperatur +15…+17°.
Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Çageri, Şovi, Chiatura, Saçxere, Xulo, Rikoti keçidi): 2 dekabrda yağış gözlənilir, 3 dekabrdan hava açılacaq. Temperatur +12…+14°.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro): 2 dekabrda bəzi yerlərdə qar yağacaq. 3 dekabrdan hava açılacaq. Temperatur +7…+9°.
Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Gori, Çxinvali): 2 və 4 dekabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 3 dekabrda hava yağıntısız olacaq. Temperatur +11…+13°.
Kaxeti (Saqareco, Telavi, Gurjaani, Siqnagi, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): 2 və 4 dekabrda zəif yağış, 3 dekabrda açıq hava. Temperatur +10…+12°.
Şərqi Gürcüstanın dağlıq rayonları (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanuri): 2 və 4 dekabrda bəzi yerlərdə yağış gözlənilir, 3 dekabrda hava açıq olacaq. Temperatur +8…+10°.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Zalkа, Bakuriani, Qudauri, Omalo): 2 və 4 dekabrda bəzi yerlərdə qar gözlənilir, 3 dekabrda hava yağıntısız olacaq. Temperatur +4…+6°.


