03 
Dek
2025
13:03
137

Toksikoloq: “Aksiyalar dövründə zəhərlənmə ilə bağlı heç bir pasiyent qeydə alınmayıb”

Birinci Universitet Klinikasının toksikoloji xidmətinin rəhbəri, toksikoloq Eka Kurdadze BBC-nin yayımladığı iddialara münasibət bildirib və vurğulayıb ki, aksiyaların başladığı dövrdən bu günə qədər zəhərlənmə əlamətləri ilə heç bir pasiyent klinikaya daxil olmayıb.

Kurdadzenin sözlərinə görə, nə onların klinikasında, nə də digər tibb müəssisələrində toksikoloqlar tərəfindən rəsmi qeyd aparılıb ki, hansısa xəstənin şikayətləri zəhərlənmə ilə əlaqəli olsun.

“Bu müddət ərzində – aksiyalar davam etdiyi vaxtdan indiyədək – bizim klinikaya zəhərlənmə diaqnozu ilə heç bir pasiyent rəsmi şəkildə daxil olmayıb. Digər klinikalarda da toksikoloqlar tərəfindən belə bir halı təsdiqləyən rəsmi qeyd yoxdur,” – deyə o bildirib.

BBC-nin araşdırmasında noyabr–dekabr aksiyalarının dağıdılması zamanı guya qadağan olunmuş kimyəvi maddədən istifadə edildiyi iddia olunurdu. Toksikoloq isə bildirir ki, hansı maddənin istifadəsini müəyyənləşdirmək sadə proses deyil və yalnız ixtisaslaşmış müayinə tələb edir.

“Diaqnoz üçün mütləq xüsusi müayinə, xəstənin kliniki qiymətləndirilməsi və lazım gələrsə spesifik laborator analizlər aparılmalıdır. Ümumi şəkildə ‘bu maddə nə edə bilər’ barədə danışmaq mümkündür, lakin konkret maddəni təyin etmək asan deyil. Mən şəxsən belə bir pasiyent görməmişəm və əminliklə deyə bilərəm ki, heç bir toksikoloq bu dövrdə zəhərlənmə ilə bağlı diaqnoz qoymayıb,” – deyə Kurdadze əlavə edib.

Xatırladaq ki, BBC-nin araşdırması geniş müzakirələrə səbəb olub və Gürcüstan tərəfi iddiaları təkzib edir.

Bizimlə əlaqə saxlayın