Rüşvət alan məmur saxlanıldı
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində rüşvət alma faktına görə Gəlirlər Xidmətinin Gömrük Departamentinin Poti Rəsmi Rəsmiləşdirmə İqtisadi Zonasında çalışan gömrük inspektorunu saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumun İstintaq Xidməti yayıb.
İstintaqın məlumatına görə, dövlət qulluqçusu vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət alırmış.
Bildirilib ki, saxlanılan məmur rəqib idxalçı şirkətlər barədə xidməti elektron bazalarda olan məlumatları vermək müqabilində vətəndaşdan ümumilikdə 1000 ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb.
Məhkəmə qərarı əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiq edən audio və video sübutlar toplanıb. Gömrük əməkdaşı rüşvət kimi tələb etdiyi pulu aldığı anda saxlanılıb, vəsait isə maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır. Maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət qulluqçularını və bu cür qanunsuz razılaşmaların təşəbbüskarlarını xəbərdar edərək bildirib ki, analoji hallarla bağlı sərt və operativ tədbirlər görüləcək.


